İran Rusiyaya yüzlərlə “Fəth” verəcək

İran Rusiyaya 120 km mənzilli yüzlərlə ballistik raket verməyə hazırlaşır.  

İran Rusiyaya yüzlərlə “Fəth” verəcək
İran Rusiyaya 120 km mənzilli yüzlərlə ballistik raket verməyə hazırlaşır.  

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" agentliyi Avropa kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, onlarla rus hərbçisi hazırda İranda "Fəth-360" ballistik raket sistemindən istifadə etmək üçün təlim keçir. Ukraynadakı müharibə üçün yüzlərlə peyklə idarə olunan silahın Rusiyaya tezliklə çatdırılması nəzərdə tutulur.