İran səfiri Qətər XİN-ə çağırıldı
ABŞ-nin Qətərdəki hərbi bazasına raket zərbələrinin endirilməsinə cavab olaraq İran səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
meqale.com xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qətər XİN hücumları "qətiyyətlə pislədiyi"ni bildirib. Həmçinin qeyd olunub ki, Qətər "bu yolverilməz pozuntuya cavab vermək hüququnu özündə saxlayır".