İranda ardıcıl üç zəlzələ oldu
İranda ardıcıl üç zəlzələ qeydə alınıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu gün Xuzistan əyalətində ardıcıl üç dəfə zəlzələ baş verib.
Məlumata görə, sözügedən əyalətin Məşraqe şəhərində Rixter cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə zəlzələlər qeydə alınıb.