Reytinqli serialın bu səhnəsi gülünc doğurdu - Hind səhnələrinə oxşatdılar - VİDEO

"Uzaq Şehir"dəki vurulma səhnəsi birmənalı qarşılanmayıb.

Reytinqli serialın bu səhnəsi gülünc doğurdu - Hind səhnələrinə oxşatdılar - VİDEO
"Uzaq Şehir"dəki vurulma səhnəsi birmənalı qarşılanmayıb.

meqale.com xəbər verir ki, son günlərin ən çox izlənilən seriallarından biri olan "Uzaq Şehirin yeni seriyası sosial mediada tənqid hədəfinə çevrilib.

Səbəb isə Sədaqətin vurulma səhnəsidir.

Hadisə Ecməlin "Albora belə idarə olunmaz" sözləri ilə kəndliləri qızışdırmasından sonra baş verir. Kütlə Albora mülkünə hücum edir, yaranan qarışıqlıq zamanı isə Sədaqət Alyanı qorumağa çalışarkən güllə yarası alır.

Ancaq səhnənin ağır çəkimlə, uzun-uzadı və süni effektlərlə təqdim olunması tamaşaçıların narazılığına səbəb olub. Sosial mediada izləyicilər "Hind serialı səhnəsi kimi idi", "Gözlənilməz, amma ucuz effektli səhnə idi", "Belə səviyyəli seriala yaraşmadı" kimi şərhlər yazıblar.

İzləyicilər hesab edirlər ki, "Uzaq Şehir" son bölümlərdə real və emosional dərinliyini itirib, süni dramatizmlə tamaşaçını təsirləndirməyə çalışır.

Serialın növbəti seriyasında Sədaqətin taleyi maraqla gözlənilsə də, tamaşaçılar artıq süjetin inandırıcılığını itirdiyini düşünürlər.