İranda çörək bahalaşdı
İranın Məşhəd şəhərində çörəyin qiyməti 40% qəfil bahalaşıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Çörəyin qiymətinin bahalaşmayacağı ilə bağlı bəzi rəsmilərin verdiyi sözlərin təkzib edilməsi ilə yanaşı, bütün növ çörəklərin qiymətlərində 30-40% artım müşahidə edilib. Əhali öz sosial media hesablarından bu bahalaşma ilə bağlı etirazlarını bildirib. Həmçinin əyalət valiliyinin məsuliyyəti öz üzərinə götürmədiyini də qeyd ediblər.