İranda daha iki nəfər edam edildi

İran hökuməti daha iki məhbusu edam edib.

İranda daha iki nəfər edam edildi

Meqale.com "Azad İran"a istinadən xəbər verir ki, Təbriz və Qorqan zindanlarında iki məhbus dar ağacından asılıb.

Məlumata görə,Təbriz zindanında ölüm hökmü həyata keçirilən güneyli Murtaza Səadətpur “narkotik qaçaqmalçılığı”nda günahlandırılıb.

Qorqanda asılan türkmən məhbus isə qəsdən adam öldürməkdə ittiham edilib.