Qocalar evində yanğın, 50 nəfər yaralandı
Almaniyanın Hannover şəhərindəki qocalar evində baş verən yanğında 50-yə yaxın insan xəsarət alıb.

Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Yanğın müalicə müəssisəsində tibb bacıları tərəfindən fərq edilib və yanğınsöndürənlər alovun digər otaqlara keçməsinin qarşısını alıblar. Səlahiyyətlilər yanğının səbəbləri ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.