İranda güclü zəlzələ oldu - Ermənistanda da silkələndi
İranda 4,6 maqnitudalı zəlzələ olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan DİN Xilasetmə Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Təbriz şəhərindən 33 km şimal-şərqdə qeydə alınıb, ocağı isə 10 km dərinlikdə yerləşib.
Təkanın episentrdə gücü 6 bal təşkil edib.
2-3 ballıq yeraltı təkanlar Ermənistanda da hiss olunub.