İranda hərbi hissədə atışma baş verib, ölənlər var

İranın Kerman vilayətində yerləşən Bağin hərbi hissəsində əsgər odlu silahdan atəş açaraq 5 hərbçini öldürüb.

İranda hərbi hissədə atışma baş verib, ölənlər var
İranın Kerman vilayətində yerləşən Bağin hərbi hissəsində əsgər odlu silahdan atəş açaraq 5 hərbçini öldürüb.

meqale.com APA-ya istinadən xəbər verir ki, bu baradə İran mediası məlumat yayıb.

Məlumata əsasən, İran Ordusunun Cənub-Şərqi Korpusunun komandanı Əmir Qulamian sözügedən insidenti təsdiq edib.

Cinayəti törədən hərbçinin hadisə yerindən qaçdığı və onun saxlanılması yönündə əməliyyatların davam etdirildiyini bildirib.