İranda hökumət muzdluları ilə vətəndaşlar arasında toqquşma olub - VİDEO
İranda "Bəsic" qüvvələri ilə dinc sakinlər arasında toqquşma baş verib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Məlumata görə, qarşıdurma Məşhəd şəhərindəki "Armitaj" alış-veriş mərkəzində olub.
O da vurğulanır ki, rejimin təhlükəsizlik qüvvələri toqquşma zamanı insanlara qarşı elektroşokdan istifadə ediblər.