İranda ölənlər və saxlanılanların sayı bilindi

İranda iqtisadi problemlər fonunda başlayan etirazlarda ölənlərin sayı açıqlanıb.

İranda ölənlər və saxlanılanların sayı bilindi
İranda iqtisadi problemlər fonunda başlayan etirazlarda ölənlərin sayı açıqlanıb.

meqale.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, nümayişlər zamanı ölənlərin sayı 2615-ə yüksəlib, 2054 nəfər isə yaralanıb. Bundan əlavə, 18 470 nəfər saxlanılıb.

Qeyd edək ki, İran rəsmiləri etirazlar zamanı ölən və yaralananların sayı ilə bağlı indiyədək rəsmi məlumat yaymayıb. HRANA bir gün əvvəl ölənlərin sayının 2550 olduğunu açıqlamışdı.