Farel bahalaşıb, digər növlər necədir? - Balıq bazarından REPORTAJ - FOTO
Azərbaycanlıların qida rasionunda balığın xüsusi yeri var. Son dövrlər ət məhsullarının qiymətinin artması əhalinin balığa marağını daha da artırıb. Məhz buna görə də balıq bazarlarında qiymətlər cəmiyyət üçün hər zaman aktuallığını qoruyur.
Bu marağı nəzərə alaraq Dərnəgül ərazisində yerləşən balıq bazarına baş çəkdik. Axşam saatları olmasına baxmayaraq, bazarda alıcılıq qabiliyyəti normal səviyyədə idi. Satıcılarla söhbət etdik, piştaxtalardakı məhsulların qiymətləri ilə maraqlandıq.
meqale.com Day.Az-a istinadən Dərnəgül balıq bazarındakı cari qiymətləri təqdim edir:
Çupra (balaca) - 400-600 qram: 16 manat/kq Çupra (iri) - 700-750 qram: 17 manat/kq Levrek - 20 manat/kq Farel (Nabran) - 14-15 manat/kq Farel (İran) - 14-15 manat/kq Farel (Norveç) - 30-32 manat/kq Bütöv farel - 25-26 manat/kq Qızılbalıq (Norveç) - 32 manat/kq Bütöv qızılbalıq - 26-27 manat/kq Beluqa (Mingəçevir) - 40-45 manat/kq Sazan (dəniz) - 17 manat/kq Karp - 3-5 manat/kq Laçın fareli - 17-18 manat/kq Çəki - 14-15 manat/kq Xanı (Salyan) - 4 manat/kq Kütüm - 20-21 manat/kq İlanbalığı - 1 ədədi 5 manat
Qeyd edək ki, satıcıların sözlərinə görə bəzi növlərdə qiymətlər əvvəlki dövrlərlə müqayisədə bahalaşıb. Xüsusilə Farel 1-2 manat bahalaşıb. Satıcılar bildirirlər ki, ümumilikdə alıcılıq qabiliyyəti əvvəlkinə nisbətən artıb.