İranda ölkənin idarəsi üçün xüsusi komitələr yaradıldı
İranda Prezident İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir Abdullahianın həlak olması ilə bağlı ölkənin idarə olunması üçün 6 xüsusi hökumət komitəsi yaradılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər qərar qəbul edib.
Bildirilir ki, sözügedən komitələr dünən təsis edilib.