İranda polis məntəqəsinə hücum - 12 ölü, 7 yaralı
İranın Sistan və Bəlucistan vilayətində polis məntəqəsinə hücum edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Zahedan şəhərinin prokuroru Mehdi Şamsabadi açıqlayıb.
Hadisə nəticəsində 12 polis əməkdaşı həlak olub, daha 7 nəfər isə yaralanıb.
İnsidentin Rask bölgəsində gecə yarısı baş verdiyi qeyd olunub.