İranda prezident seçkilərinin vaxtı uzadıldı

İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 20:00-dək uzadılıb.

İranda prezident seçkilərinin vaxtı uzadıldı
İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 20:00-dək uzadılıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, seçicilərin seçkini rəğbətlə qarşıladığına görə seçkilərin vaxtı iki saat artırılıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.