İranda tarixi qərar: Hicab qanunu ləğv edildi
"Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə ehtiyac yoxdur".
meqale.com "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib.
O bildirib ki, qanunun icrası artıq hüquqi nöqteyi-nəzərdən mümkün deyil və bu artıq heç bir cəza tədbiri ilə nəticələnməyəcək:
"Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin".