İranda xəstəxanada yanğın oldu - 9 nəfər ölüb

İranın Gilan əyalətində yerləşən Kaim xəstəxanasında baş verən yanğın nəticəsində 9 nəfər həlak olub.

İranda xəstəxanada yanğın oldu - 9 nəfər ölüb
İranın Gilan əyalətində yerləşən Kaim xəstəxanasında baş verən yanğın nəticəsində 9 nəfər həlak olub.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə İran KİV məlumat yayıb.

Yanğın əsnasında xəstəxanada 142 pasiyentin stasionar müalicə olduğu qeyd edilib.

Bundan başqa, yanğın zamanı xəstəxanada olan 5 körpə digər xəstəxanaya köçürülüb.