İranda zavodda güclü yanğın: Ölənlər və yaralananlar var - VİDEO
İranın Buşəhr vilayətinin Bəndər Dayyer şəhərindəki "Kaveh" neft-kimya kompleksində anbarda yanğın baş verib.
meqale.com xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Ölən və yaralananlarının sayının artacağı ehtimal olunur.