İranda zavodda partlayış: 8 nəfər xəsarət alıb
İranın şimalındakı Şimali Xorasan əyalətində poladəritmə zavodunda partlayış baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə ISNA məlumat yayıb.
Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Sənaye kompleksinin baş direktorunun sözlərinə görə, altı nəfərin xəsarəti yüngül qiymətləndirilir, onların ambulator müalicələri aparılır.
Daha iki nəfər xəstəxanaya yerləşdirilib, zərərçəkənlərdən biri ağır yaralanıb.