İranın daha 23 PUA-sı məhv edildi

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Rusiyanın İran istehsalı olan 32 "Shahed" pilotsuz uçuş aparatından (PUA) 23-nü məhv edib.

İranın daha 23 PUA-sı məhv edildi
Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Rusiyanın İran istehsalı olan 32 "Shahed" pilotsuz uçuş aparatından (PUA) 23-nü məhv edib.

meqale.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri yayıb.

Bildirilib ki, PUA-lar Krım yarımadasından və Krasnodar diyarının Promorsk-Axtar rayonundan buraxılıb.

Məlumata görə, Rusiya bu aparatlarla Ukraynanın Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib.