"İranın gizlətdiyi uranın yerini bilirik"
İsrail Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkəsi İranın basdırılmış zənginləşdirilmiş uran ehtiyatlarının təxmini yerlərini müəyyənləşdirib.
meqale.com xəbər verir ki, bu barədə o, "The New York Post"a açıqlamasında danışıb.
Netanyahu bildirib ki, İranın 60 faiz zənginləşdirilmiş uran saxladığı anbarlar son aylarda baş verən toqquşmalar zamanı zərər görməyib və ehtiyatlar hələ də qorunub saxlanılır.
Baş nazirin sözlərinə görə İsrail bu materialların neytrallaşdırılması üçün gələcəkdə əməliyyatlar keçirməyi istisna etmir. O əlavə edib ki, məsələ ilə bağlı ABŞ ilə koordinasiya davam edir.