İranın PUA və raketləri hədəfdə - Qərar açıqlandı
ABŞ İranın raket və pilotsuz təyyarələrin inkişafı proqramlarına qarşı yeni sanksiyalar tətbiq edib.
meqale.com teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Qərara əsasən İran, Honq-Konq, Çin və Venesueladan olan 11 fiziki və 8 hüquqi şəxsə, eləcə də bir gəmiyə qarşı sanksiya tətbiq olunub.
Məlumatda həmçinin qeyd olunur ki, OFAC ABŞ Dövlət Departamenti ilə birlikdə raket, adi silahlar və PUA fəaliyyətləri ilə əlaqəli 8 fiziki və qurumu siyahıya alacaq.