İranlı blogerin Şəhidlər xiyabanındakı hərəkəti qınandı - VİDEO
Azərbaycana səfər edən iranlı bloger Milad Hadinejadın davranışı sosial mediada böyük narazılıq yaradıb.
meqale.com xəbər verir ki, o, Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək paylaşmaqla yanaşı, Əbədi məşəl abidəsi barədə yalnış məlumat yayıb.
Blogerin bu hərəkəti sosial şəbəkələrdə şəhidlərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirilib və kəskin tənqidlərə səbəb olub. (axar.az)