İranlı və iraqlı zəvvarları daşıyan avtobus ağır qəzaya düşdü
İraqın paytaxtı Bağdadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com oxuya istinadən xəbər verir ki, paytaxt Bağdadın cənubunda iranlı və iraqlı zəvvarları daşıyan sərnişin avtobusu başqa bir avtobusla toqquşub.
Məlumata görə, yerli vaxtla gecə saat 03:00-da baş verən qəza nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb.
Hələlik ölən və yaralananların adları açıqlanmayıb.