İranlılar ABŞ-dən çıxarıldı

Tramp administrasiyası ABŞ-də yaşayan təxminən 100 iranlını ölkədən çıxarıb.

İranlılar ABŞ-dən çıxarıldı
Tramp administrasiyası ABŞ-də yaşayan təxminən 100 iranlını ölkədən çıxarıb.

meqale.com xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilir ki, deportasiya prosesi sentyabrın 29-u axşam Luizianadan havaya qalxan təyyarə ilə həyata keçirilib və sentyabrın 30-da İranda başa çatmalıdır.

Qəzetin məlumatına əsasən, bu addım Vaşinqton və Tehran arasında bir neçə ay davam edən danışıqların nəticəsi kimi qiymətləndirilir və iki ölkə arasında nadir əməkdaşlıq nümunəsi hesab olunur.