İrəvan Dehlidən 500 km mənzilli raket almaq istəyir
Ermənistan "Pralay" raketlərinin alınması ilə bağlı Hindistana müraciət ünvanlayıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Indian Defence Research Wing" məlumat yayıb.
Qeyd edilir ki, "Pralay" kvaziballistik, bərk yanacaqlı "yer-yer" sinifli raketdir.
Raket 150-500 km məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.