İrəvanda bələdiyyə binası atəşə tutuldu
Ermənistanın paytaxtı İrəvanın Nor Nork rayonunda naməlum şəxs bələdiyyə binasını atəşə tutub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "shamshyan.com" portalı yayıb.
Hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilir. Naməlum şəxs bir neçə dəfə Nor Norkun administrasiyasının rəhbəri Tiqran Ter-Markaryanın kabinetinin pəncərəsinə atəş açıb. Polis binanın həyətində olan avtomobilin şüşəsində də atəş izləri aşkar edib.