İrəvanda Kanada səfirliyi açıldı

Ermənistanda Kanada səfirliyinin açılışı olub.

İrəvanda Kanada səfirliyi açıldı
Ermənistanda Kanada səfirliyinin açılışı olub.

meqale.com APA-ya istinadən bildirir ki, səfirliyin açılışı mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İrəvanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli iştirak edib.

Mərasimdə Kanadanın Ermənistandakı ilk səfiri Endryu Törner də iştirak edib.

Qeyd edək ki, Kanada əvvəllər Moskvadakı səfirliyi vasitəsilə Ermənistanla diplomatik əlaqələr saxlayırdı. Ermənistanda Kanadanın konsulluğu olsa da, o, öz ölkəsinin vətəndaşlarına məhdud xidmətlər göstərirdi.