İrəvandan Bakıya təyyarə uçdu - Onları daşıyırmış...

Ötən gün axşam saatlarında İrəvanın "Zvartnots" hava limanından qalxan təyyarə Bakıya enib.

İrəvandan Bakıya təyyarə uçdu - Onları daşıyırmış...
Ötən gün axşam saatlarında İrəvanın "Zvartnots" hava limanından qalxan təyyarə Bakıya enib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 11-də saat 17:00-da İrəvandan Bakıya "Enter Air" aviaşirkətinin təyyarəsi uçub.

"Hava gəmisi"nin göyərtəsində NATO Müdafiə Kollecinin kursantlarının olduğu güman edilir.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın 10-11-də Ermənistanda səfərdə olduğunu bildirmişdi. O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşlər keçirilib.