İrlandiyanın Prezidenti İlham Əliyevi təbrik edib
İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İrlandiya xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox firavanlıq və xoşbəxtlik gətirsin!" meqale.com