Qızı oğurlayıb 14 il "həbsdə" saxladı - Dəhşətli təfərrüat
Rusiyanın Çelyabinsk vilayətinin sakini 2009-cu ildə 19 yaşlı qızı qaçıraraq 14 il "həbsdə" saxlayıb.
meqale.com oxuya istinadən bildirir ki, 37 yaşlı Ç.Vladimir 2009-cu ildə Çelyabinsk Dəmiryol Vağzalında qızla görüşüb, Smolino kəndindəki evinə dəvət edib və pəncərəsində dəmir barmaqlıqlar olan otağa bağlayıb.
Qız ömrünün 14 ilini həmin otaqda keçirib. Cinayətkar vaxtaşırı onu öldürmək hədəsi altında zorlayıb.