İş adamının xəsarət aldığı qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

"16 yanvar saat 10:30-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".

meqale.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib.

"Onlardan 1959-cu il təvəllüdlü şəxsə sinə nahiyəsinin küt travması diaqnozu təyin edilib. O, öz istəyilə stasionar tibbi xidmətdən imtina edib.

1993-cü il təvəllüdlü şəxsə isə sağ diz nahiyəsinin sınığı, sol əlin və çənənin açıq yarası diaqnozu təyin edilib. Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub", -deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün Beyləqan rayonu ərazisində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 124-cü kilometrliyində, iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində iki nəfər - Çavuş Göçər Yunus və Mircəlal Miri oğlu Həbibov xəsarət alıb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamıdır.