İş yerində fərdi məlumatları mühafizə etmək üçün bunları edin
Elektron Təhlükəsizlik Xidməti iş yerində fərdi məlumatları qorumaq üçün bəzi məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edib.
meqale.com Trend-ə istinadən bildirir ki, Xidmətin yaydığı məlumatda deyilir:
1) Fərdi məlumatları toplanıldığı məqsəddən başqa səbəblə istifadə etməyin;
2) Fərdi məlumatlar ehtiva edən faylları şəxsi e-poçtunuza göndərməyin;
3) Fərdi məlumatları onlarla işləməyə icazəsi olmayan əməkdaşlarla paylaşmayın;
4) Fərdi məlumat subyektinin razılığı olmadan fərdi məlumatları internetdə və sosial şəbəkələrdə paylaşmayın.