İsmayıllı rayonuna media tur təşkil edildi - FOTO

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi münasibəti ilə İsmayıllı rayonuna media turu təşkil edilib.

Tur iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını ziyarət edib, Ümummilli Liderin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Media nümayəndələri rayonda görülən abadlıq-quruculuq işləri, turizm və sənaye obyektləri tanış olmaq məqsədilə rayonun Talıstan, Xanagah, İvanovka kəndlərinə səfər ediblər. 

Daha sonra media mənsubları üçün RİH başçısının da iştirakı ilə yemək süfrəsi təşkil edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov media nümayəndələrini Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi münasibəti ilə təbrik edərək bu gün ölkəmizdə peşəkar mətbuata, söz və ifadə azadlığına göstərilən dövlət dəstəyindən geniş söhbət açıb.

Media nümayəndələri onlara göstərilən dövlət qayğısına və respublikanın hər yerində dəqiq, qərəzsiz və operativ informasiyanın əldə olunmasında və cəmiyyətə çatdırılmasında yaradılan işgüzar mühitə görə razılıqlarını ifadə ediblər.

Sonda Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi ilə əlaqədar mətbuat nümayəndələrinə media sahəsindəki fəaliyyətinə görə, RİH başçısının təşəkkürnamə və hədiyyələri təqdim olunub.