İsmayıllıda ağır qəza - 2 nəfər öldü, 4 yaralı var - YENİLƏNİB - FOTO
21:38
Oktyabrın 4-ü saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən meqale.com-a bildirilib ki, Rəşad Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi "BMW" markalı avtomobil toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü - Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
---------- İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzası olub.
Bu barədə meqale.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "BMW" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və "BMW" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Quliyev Rüfət Teymur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə nəticəsində ümumilikdə 1-i qadın olmaqla 4 nəfər xəsarət alıb.