İsmayıllıda evdə yanğın - Xəsarət alan var
İsmayıllıda yaşayış evi yanıb, bir nəfər yanıq xəsarəti alıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Mücühəftəran kəndində qeydə alınıb.
Yanğın kənd sakini 1967-ci il təvəllüdlü İbrahimov İlahət Nurəhməd oğluna məxsus yaşayış evində baş verib.
Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 160 k/m olan yaşayış evi içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.