İsmət Qayıbovun oğlu: Cinayət işi yenidən açılsın!

"Ümid edirəm ki, Qarakənd faciəsi ilə bağlı cinayət işi yenidən açılar, haqq-ədalət öz yerini tapar".

İsmət Qayıbovun oğlu: Cinayət işi yenidən açılsın!
"Ümid edirəm ki, Qarakənd faciəsi ilə bağlı cinayət işi yenidən açılar, haqq-ədalət öz yerini tapar".

meqale.com xəbər verir ki, bunu "Report"a açıqlamasında 1991-ci ildə Qarakənd səmasında ermənilər tərəfindən vurulan helikopterdə olan mərhum baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov deyib.

O, təəssüf hissi ilə işğaldan azad edilən əraziləri hələ ziyarət edə bilmədiyini bildirib:

"Bu 32 ildə həsrətlə baxdığımız Qarabağa və Qarakəndə getmək istəyərdim, o vaxt bu hadisədən sonra cinayət işi açılmışdı. 1993-cü ildə torpaqlar işğal altında olduğu üçün cinayət işi bağlandı. Artıq torpaqlarımız işğaldan azad olunub, ümid edirəm ki, bu cinayət işi də yenidən açılar, haqq-ədalət öz yerini tapar".

Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Ağdam yaxınlığında, Xocavənd rayonunun Qarakənd səmasında "Mi-8" hərbi helikopterinin ermənilər tərəfindən vurulmasından 32 il ötür.