İsrail 3 min ton silah aldı
Münaqişənin kəskinləşməsindən bəri (7 oktyabr) İsrailə 100 yük təyyarəsi və 5 gəmi ilə 3000 ton silah və hərbi texnika, qoruyucu vasitələr və tibbi ləvazimatlar gətirilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bundan əlavə, Müdafiə Nazirliyi İsrail müəssisələrindən təxminən 10 milyard şekel (2,5 milyard dollar) dəyərində avadanlıq alıb.