İsrail hava, quru və dənizdən kompleks hücuma hazırlaşır
İsrail müharibənin yeni mərhələsinə hazırlaşır. Bu mərhələ havadan, qurudan və dənizdən kompleks hücumu əhatə edəcək.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant deyib.
"Biz hücuma davam edəcəyik. Bu, havadan, qurudan və dənizdən ölümcül birləşmiş hücum olacaq", - Qallant Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə görüşdə bildirib.