İsrail Hələb və Dəməşq aeroportuna aviazərbələr endirdi
İsrail qoşunları Suriyanın Hələb və Dəməşq beynəlxalq hava limanlarına aviazərbələr endirib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, aviazərbələr nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb. Bundan başqa, hər iki hava limanında uçuş-enmə zolaqlarına da maddi ziyan dəydiyi, onların yararsız hala düşdüyü bildirilir.