İsrail Livanın cənubunu vurdu: 10 ölü
İsrail Livanın cənubundakı Nəbatiyə şəhərində Hizbullaha məxsus təcili yardım mərkəzinə zərbələr endirib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində azı 7 nəfər ölüb.
Həmçinin Livanın şimal-şərqindəki 2 şəhərə endirilən hava zərbələri nəticəsində də 3 Hizbullah üzvü ölüb.