İsrail ordusu bu bölgədə quru əməliyyatına başlayır
İsrail ordusu Qəzza zolağının cənubunda təhlükəsizlik zonasını genişləndirmək üçün Rəfah bölgəsində quru əməliyyatına başladığını elan edib.

Bu barədə İsrail Ordusu məlumat yayıb.
İDF bildirir ki, qoşunlar HƏMAS-ın bölgədəki infrastrukturunu dağıdıb.