İsrail ordusu Qəzzada hədəflərə zərbə endirməyə başladı
İsrail ordusu Qəzza bölgəsində hədəflərə zərbə endirməyə başlayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail ordusu hazırda Qəzza bölgəsində zərbələr endirir. Ətraflı məlumat veriləcək", - məlumatda deyilir.
Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub.
Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.