İsrail Qəzzada atəşkəsə dair qətnaməni rədd etdi
İsrail BMT Baş Assambleyasının Qəzza zolağında atəşkəsə çağıran qətnaməsini rədd edir və Fələstinin radikal HƏMAS təşkilatını məhv etmək niyyətindədir.
meqale.com APA-ya istinadən bildirir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen deyib.
"BMT Baş Assambleyasının "atəşkəs" haqqında biabırçı çağırışını qəti şəkildə rədd edərək, HƏMAS-ı da məhv etmək niyyətindəyik" - Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.