İsrail səfirliyi həlak olan azərbaycanlılarla bağlı başsağlığı verdi
İsrailin Azərbaycandakı səfirliyi HƏMAS-İsrail müharibəsində həlak olan azərbaycanəsilli şəxslərlə bağlı başsağlığı verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Vətənini müdafiə etmək üçün canlarını qurban verən əslən azərbaycanlı olan cəsur israillilərlə bağlı başsağlığı veririk",-paylaşımda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə HƏMAS-ın hücumları nəticəsində İsraildə 8 azərbaycanəsilli şəxslərin həlak olduğunu açıqlayıb.