Miqrantlarla toqquşmalarda 26 polis yaralandı

Almaniyanın Ştutqart şəhərində (Baden-Vürtemberq federal əyaləti) Eritreyadan olan miqrantlarla polis arasında toqquşma baş verib, 26 polis əməkdaşı yaralanıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

İğtişaşlar 200-ə yaxın insanın iştirak etdiyi mədəniyyət festivalı zamanı qeydə alınıb. Onu Eritreya hakimiyyətinə yaxın bir təşkilat təşkil edib. Tədbir iştirakçıları ilə Afrika ölkəsindən olan hakimiyyətə dəstək verməyən digər şəxslər arasında qarşıdurma başlayıb. Nəticədə qarşıdurma polislə toqquşmaya çevrilib.

DPA-nın məlumatına görə, polisə daş və şüşə butulkalar atılıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.