İsrail Suriyanı vurdu - ölənlər var - yenilənib

19:15 İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.

İsrail Suriyanı vurdu - ölənlər var - yenilənib
19:15 İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.

meqale.com Suriya mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində 5 nəfər ölüb.

--------- 16:56 İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqə hava zərbələri nəticəsində güclü partlayış baş verib.

meqale.com xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrailin Hərbi Hava Qüvvələri Dəməşq bölgəsində Suriya hərbi qərargahının iqamətgahını vurub.

Məlumatda qeyd olunur ki, bu, Suriya ordusunun ölkənin cənubunda druzlara qarşı həyata keçirdiyi əməliyyatlara cavabdır.

"İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və bir neçə ssenariyə hazırıq", - İsrail ordusu yaydığı bəyanatda qeyd edib.