İsrail Xan-Yunisdə HƏMAS döyüşçülərini məhv etdi
İsrail Müdafiə Qüvvələrinin əsgərləri bir gün əvvəl Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisində başlayan əməliyyat zamanı silahlı radikalların bir dəstəsini məhv ediblər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.
Bildirilib ki, İsrail əsgərləri ərazidə döyüşür və terror infrastrukturunun ləğvini həyata keçirirlər.