"İsrailə iki tərəfdən hücum olacaq: bir günə bitməyəcək"
İsrail İran və Hizbullahın mümkün hücumunun bir gündən çox davam edə biləcəyinə hazırlaşır.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə İsrailin adı açıqlanmayan rəsmisi "NBC Nyus"a açıqlamasında deyib.
Onun sözlərinə görə, HƏMAS-ın siyasi lideri və Hizbullah komandirinin öldürülməsinə cavab olaraq, bir neçə gün ərzində ölkəyə raket və pilotsuz təyyarələr buraxıla bilər.