İsrailin baş naziri əməliyyat olunacaq
İsrailin Baş naziri Benyamin Netanyahu bu gün bel yırtığına görə əməliyyat olunacaq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Baş nazir postunu müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin tutacaq.
Əməliyyat tam anesteziya altında aparılacaq. Bel yırtığı ötən gecə adi müayinə zamanı aşkarlanıb.